Şri-Lankanın keçmiş baş nazirinə ölkədən çıxmağa qadağa qoyuldu

Şri-Lankanın keçmiş baş nazirinə ölkədən çıxmağa qadağa qoyuldu
  13 May 2022    Oxunub:616
Müxalifətin təzyiqləri və hökumət əleyhinə layihələr fonunda istefa verən Şri-Lankanın Baş naziri Mahinda Rajapaksın ölkədən çıxışına qadağa qoyulub.
AzVision.az “India Today”a istinadən xəbər verir ki, ada dövlətindən çıxışı qadağan edilən şəxslərin siyahısında Rajapaksın oğlunun da adı var. Kolombo Sülh Məhkəməsi Rajapaks və 16 nəfəri etirazçılara qarşı sui-qəsddə ittiham edib. Baş nazir postunu 1993-1994, 2001-2004 və 2015-2018-ci illərdə Şri-Lankanın baş naziri vəzifəsində üç dəfə işləmiş Ranil Vikremesinqe tuta bilər.

AzVision.az



Teqlər: Şri-Lanka  





Xəbər lenti