Paşinyan Niderlandda təhqir olundu - FOTO

Paşinyan Niderlandda təhqir olundu -    FOTO
  11 May 2022    Oxunub:4135
Ermənistanın baş naziri Nikol Paşinyanın Niderlanda səfəri qalmaqalla başlayıb. AzVision.az xəbər verir ki, yerli media ölkə başçısının rəsmi qarşılanma mərasiminin anormal şəkildə təşkil olunmasını İrəvan üçün təhqir sayıb.
Nikol Paşinyanın qarşılanma mərasimi zamanı yerə ənənəvi qaydada qırmızı xalı döşənməyib. Təyyarənin qarşısında xalça əvəzinə üzərinə "STOP" yazılmış xüsusi örtük olub.

Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan bu məsələyə reaksiya verərək deyib ki, “Niderland da Nikol Paşinyanın istefasını tələb edərək "Stop Nikol" şüarına qoşulub".

Xatırladaq ki, bundan öncə Niderlandın Assen şəhərinin erməni icmasının nümayəndələri Nikol Paşinyanı təhqir etmələri barədə məlumat yayılmışdı. Məlumata görə, icma fəalları avtomobildən düşən baş naziri “Satqın Nikol”, “Qatil” və digər təhqiramiz şüarlarla qarşılayıblar.

Qeyd edək ki, Paşinyan Niderlandda 2 günlük rəsmi səfərdədir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan  





Xəbər lenti