Piyadanı vurub qaçan sürücü həbs olunub

Piyadanı vurub qaçan sürücü həbs olunub
  16 Aprel 2014    Oxunub:859
Hadisə yerindən qaçan sürücü tutulub
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Şirvan şəhərinin hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin edilib.

Belə ki, 2014-cü il aprelin 15-də saat 22:10 radələrində Şirvan şəhərində 1993-cü il təvəllüdlü Mustafayev Təbriz İlham oğlunun yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi «VAZ 21060» markalı avtomobillə yolu keçən piyada - 1978-ci il təvəllüdlü Səfərov İmaməddin Gülyar oğlunu vuraraq hadisə yerindən qaçması və sonuncunun hadisə yerində ölməsi faktına görə Şirvan şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcələsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Təbriz Mustafayev tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti