Xaricdə təhsil vəd edən şirkətlərin yalanı üzə çıxdı

Xaricdə təhsil vəd edən şirkətlərin yalanı üzə çıxdı
  11 Aprel 2014    Oxunub:1116
Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə açıqlama yayıb.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Təhsil Nazirliyi heç bir şirkətlə əməkdaşlıq etmir və onların fəaliyyətlərinə görə məsuliyyət daşımır:

“Vətəndaşların diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır”.

Nazirlikdən qeyd ediblər ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır və belə hallarla rastlaşdıqları təqdirdə Nazirliyin “Qaynar xətt” xidmətinə (146) məlumat vermələri xahiş edilir.

Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyən tələbələrə tövsiyyə ediblər: “Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrə, onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul proseduralarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti