`Azərbaycan Senatın qərarına etiraz etməlidir`

`Azərbaycan Senatın qərarına etiraz etməlidir`
  11 Aprel 2014    Oxunub:980
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ermənilərin Türkiyəyə qarşı soyqırım iddiaları ilə bağlı layihəni qəbul edib. BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlının sözlərinə görə, bu addımın əsas səbəbi ABŞ-Türkiyə münasibətlərində yaranmış soyuqluqdur:
- Birmənalı olaraq ABŞ-ın Ərdoğan hökümətinə qarşı apardığı siyasət acıq şəkildə müşahidə olunur. ABŞ bu kampaniyaya Türkiyədə keçirilən bələdiyyə seçkilərinə 1 il qalmış başlamışdı. Bütün imkanları ilə səfərbər olunan ABŞ Ərdoğan hakimiyyətinə təzyiq etməkdə idi və bu siyasət yenə davam edir`.

Orduxanlı deyib ki, münasibətlərin daha da korlanması Misirdə baş vermiş hərbi qiyamdan sonraya təsadüf etdi. Ərdoğan islam təmayüllü Müsəvini müdafiə etdi. Bu da birbaşa Amerikanın apardığı siyasətə qarşı olmaq demək idi:
- İndi ABŞ `soyqırımı` tanımaqla Türkiyəyə növbəti təzyiq etmək niyyətini güdür. ABŞ-ın əsas planı nəyin bahasına olursa-olsun, avqust ayında Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın prezident seçilməməsinə əngəl törətməkdir.

BAXCP sədrinin müavininin sözlərinə görə, `erməni soyqırımı`nın Senatın xarici əlaqələr komitəsində tanınmasına Azərbaycan cəmiyyəti də ciddi narazılığını ifadə etməlidir: `Onlar bilməlidir ki, komitənin bu qərarı təkcə Türkiyəni deyil, dünyada yaşayan 300 milyonluq türk kökənli insanları narazı salacaq”.


Teqlər:





Xəbər lenti