III Dünya Müharibəsi başlaya bilər

III Dünya Müharibəsi başlaya bilər
  11 Aprel 2014    Oxunub:1008
Ukraynada vəziyyət gərgin olaraq qalır.
Qərb ölkələrinin iqtisadi sanksiyalarlarına baxmayaraq Rusiya Ukrayna siyasətini dəyişmir. Putin Avropaya qaz nəqlinin dayandırıla biləcəyini, NATO isə Şərqi Avropaya Amerika əsgərlərinin gətiriləcəyini bildirdi.

Donetskdə yerli idarəetmə binalarını ələ keçirən nümayişçilərə inzibati binaların boşaldılması üçün verilən müddət başa çatır. Separatçılar isə zəbt etdikləri binaların müdafiəsi üçün əlavə hazırlıqlara başlayıb. Onların bir hissəsi barrikadalar qurur, digərləri isə molotof kokteyli hazırlayır. Müvəqqəti hökumətin daxili işlər naziri Arsen Avakov, Çərşənbə günü nümayişçilərə 48 saat ərzində ictimai binalarından çıxmalarını tələb edib. Nazir xabərdarlıq edib ki, tələb yerinə yetirilməsə güc tətbiq olunacaq. Ukraynanın müvəqəti prezidenti Aleksandr Turçinov isə vəd edib ki, nümaişçilər silahı buraxıb, təslim olsalar, itiham olunmayacaqlar.

Ölkədə vəziyyətin qeyri-sabit olduğu bir vaxtda Rusiya tərəfdarları Odesada Rus dilinin dövlət dili olması tələbi ilə nümaişlərə başlayıblar. Etirazçılar Krımda olduğu kimi müstəqillik referendumu da tələb edirlər. Bütün bunların fonunda Rusiya ilə Qərb ölkələri arasında Ukrayna böhranından dolayı yaranan gərginlik artmaqdadır. Beynəlxalq cəmiyyətin sərt reaksiyası ilə qarşılaşan Moskva rəhbərliyi, indi də enerji kartını ortaya atıb. Rusiya Dövlət Başçısı Viladimir Putin avropalı liderlərə müraciət məktubu göndərib. Məktubda Ukrayna ərazisi ilə Avropaya qaz nəqlinin dayandırıla biləcəyinə açıq eyham vurulur. Putinin məktubuna ilk reaksiyanı Amerika Birləşmiş Ştatları verib. Birləşmiş Ştatların Xarici İşlər Nazirliyi Rusiyanı enerji təhdidinə görə qınadığını bəyan edib.

JEN PSAKU ABŞ DÖVLƏT DEPARTAMENTİNİN SÖZÇÜSÜ: "Rusiyanın enerji qaynaqlarını Ukraynaya qarşı presinq olaraq istifadə cəhdini qınayırıq. Qaz bazar qiymətlərindən çox yüksək qiymətə satılır. Biz Ukraynaya kömək etmək üçün bölgədəki müttefiklerimizlə bəzi addımları planlaşdırırıq."

Ukrayna böhranı ilə əlaqədar hadisələr təkcə diplomatik səviyyədə cərəyan etmir. NATO, Rusiyanın Ukrayna sərhədində 40 minə yaxın əsgər toplamasına cavab olaraq Şərqi Avropaya Amerikan əsgərlərinin yerləşdirilə biləcəyini açıqladı. Bəyənatın verildiyi saatlarda isə Amerika və Fransa döyüş gəmiləri İstanbul boğazından Qara dənizə keçib.

Nicat Abdullayev
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti