`Nurçular`ın hakimiyyət planları - AÇIQLAMA

`Nurçular`ın hakimiyyət planları - AÇIQLAMA
  11 Aprel 2014    Oxunub:1131
`Nurçular 2018-ci ildə hakimiyyətə gəlməyi planlaşdırmışdılar.`
“Azərbaycanda nurçuların 2018-də hakimiyyətə gəlmək planları ilə bağlı əlimizdə maraqlı məlumatlar var. Bu məlumatları lazımi dairələrə çatdırmışıq”. Bunu AzVision.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “nurçular” haqqında danışarkən deyib.

Hafiz Hacıyev sədri hesab edir ki, onlar rüşvət almaqla ölkədə idarəçiliyin zəif olduğu barədə fikir formalaşdırmaq niyyətindədirlər: “Elnur Aslanov tək deyil, onun yaratdığı böyük bir şəbəkə var. Həmin şəbəkə Azərbaycanda şəxsi korrupsiya bataqlığında boğulur. Onlar, tutduqları mühüm vəzifələrdə xalqa xidmət etmək əvəzinə onu aldatmaqla, rüşvətlə ölkə başçısının apardığı uğurlu siyasətə kölgə salmaqla məşğuldurlar. Ölkədə korrupsiya, ədalətsizlik var deyə xalqı çaş-baş salmaq istəyirlər. Əslində isə korrupsiyanın arxasında duranlar elə “nurçu”lardır”.

Partiya sədri hesab edir ki, Elnur Aslanov, Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri vəzifəsindən azad ediləndən sonra başqa bir vəzifəyə təyin olunmamalı idi: “Düşünürəm ki, Azərbaycan dövlətinə xəyanət edən Elnur Aslanovu yenidən aparıb işə qoymaq müəmmalı məsələdir. O, həbs edilməli idi.

Onun anası Rəbiyyət Aslanova da komitə sədrliyindən kənarlaşdırılmalıdır. Milyarderlər ittifaqı yaradılanda Rəbiyyət Aslanovanın Rusiyameylli insana ərə getməsi və tez də boşanmasında məqsəd Putindən dəstək almaq idi.

Çünki, “nurçular” 2018-ci ildə hakimiyyətə gəlməyi planlaşdırmışdılar.

“Nurçu” deputatlardan Ceyhun Osmanlı bu gün çox fəal mübarizə aparır.

O insanlar vəzifədən uzaqlaşdırılmalıdır. Özləri də bilirlər ki, cəzasız qalmayacaqlar”.

Partiyanın bu istiqamətdə fəaliyyətinə gəlincə isə H.Hacıyev dedi ki, hazırda onlar deputat Rəbiyyət Aslanovanın iş adamı İlham Rəhimovla qısa müddət davam edən evliliyini araşdırırlar: “Onların çirkin əməllərinin hamısını aşkara çıxarıb media vasitəsilə xalqa çatdıracağıq. Bizim silahımız yalnız ideoloji silahdır. Rəbiyyət Aslanova ilə İlham Rəhimovun evliliyi faktı üzərində ciddi işləyirik. Niyə bu nikah çox qısa müddətli oldu və nəyə hesablanmışdı? Kimlər birləşib Azərbaycan prezidentə xəyanət etmək istəyirdi? Hesab edirik ki, bu məsələ açılıb xalqa çatdırılmalıdır.


“Nurçular” Putinin Azərbaycana təzyiq etməyini və nurçulardan kimisə Azərbaycanın prezident etmək məsələsini də müzakirə ediblər. Lakin biz nurçuluq şəbəkəsini ifşa edəcəyik. Biz onların təhdidlərindən qorxmadan ciddi mübarizə aparırıq. Hətta onlara qarşı çox aqressiv piketlərə başlaya bilərik, müsahibələr də verə bilərik. “Nurçular”la axıra qədər mübarizə aparmağa partiyamızın gücü çatır”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti