Növbəti sınaq imtahanının vaxtı açıqlandı
TQDK-dan AzVision.az-a verilən məlumata görə, imtahanlar Bakı, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 14 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılmış və 8283 abituriyent qeydiyyatdan keçib. Qeyd edək ki, bu sınaq imtahanında abituriyentlərə təqdim olunacaq test tapşırığı nümunələri aprelin 6-da keçirilmiş sınaq imtahanının təkrarıdır.
İmtahan binalarına buraxılış abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.
Sevinc