Sabah 24 dərəcə isti olacaq

Sabah 24 dərəcə isti olacaq
  11 Aprel 2014    Oxunub:873
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, aprelin 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gecə və səhər bir qədər güclənəcək. Günün ikinci yarısında külək mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-8, gündüz 14-19 dərəcə isti olacaq.

Aprelin 12-də Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək caxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturunun Aran rayonlarında gecə 6-11, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 10-15 isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti