“Region TV”-dən “Yurd TV” AÇIQLAMASI

“Region TV”-dən “Yurd TV” AÇIQLAMASI
  11 Aprel 2014    Oxunub:1098
““Yurd TV” və “Region TV” bir-birindən tamamilə fərqli media qurumlarıdır”.
AzVision.az-a bu barədə “Region TV”-dən məlumat verilib.
Bildirilib ki, bu kanalların birləşdirilməsi mümkündüzdür:

“Bu gün bəzi elekron mediya orqanlarında “Yurd TV” və “Region TV” ilə birləşdirilməsi ilə məlumatlar yayılıb.

Əvvəlcə bu məqam xüsusi ilə qeyd edilməlidir ki, “Yurd TV” və “Region TV” bir-birindən tamamilə fərqli media qurumlarıdır. “Yurd TV”nin yayımını internet vasitəsi ilə həyata keçirdiyini nəzərə alsaq, görərik ki, bu kanalın “Region TV” ilə birləşdirilməsi qeyri mümkündür və absurddur. Bununla bağlı yayılan məlumatlar da heç bir həqiqəti əks etdirmir.”

Telekanaldan qeyd edilib ki, “Yurd TV”-də kifayət qədər peşəkar kadrlar çalışır və “Region TV” də ölkənin digər telekanalları kimi ehtiyyac yaranarsa həmin işçilərlə əməkdaşlıq edə bilər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti