Gülər Əhmədova məhkəmədə iştirak edəcək

Gülər Əhmədova məhkəmədə iştirak edəcək
  11 Aprel 2014    Oxunub:795
Sabiq deputat Gülər Əhmədova bu gün keçiriləcək apelyasiya məhkəməsində iştirak edəcək.
Bu barədə AzVision.az-a G.Əhmədovanın vəkili Əfsər Talıbov məlumat verib. Onun sözlərinə görə, eks millət vəkilinin apelyasiya şikayətinə bu gün saat 15.00-da baxılacaq: “Prosesə hakim Əflatun Qasımov sədrlik edəcək. Gülər xanımın özü də məhkəmədə olacaq”.

Xatırladaq ki, aprelin 1-də Ali Məhkəmədə Apelyasiya Məhkəməsinin ilkin baxış qərarından verilən şikayətə baxılıb və G.Əhmədovanın vəkilinin qaldırdığı vəsatətlər qismən təmin edilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti