İTV-dən Hesablama Palatasına reaksiya

İTV-dən Hesablama Palatasına reaksiya
  11 Aprel 2014    Oxunub:1254
İctimai Televiziya və Radio Yayımları Şirkəti Hesablama Palatasının televiziyada apardığı yoxlamaların nəticələrinə münasibət bildirmək istəməyib.
Telekanalın sözçüsünün AzVision.az-a verdiyi məlumata görə, Hesablama Palatasının verdiyi məlumat kifayət edər: “Hesablama Palatası öz məlumatını verib. Mən başqa nə deyim ki”.

İTV-nin sözçüsü xüsusi vurğulayıb ki, yoxlama telekanalın əvvəlki sədri İsmayıl Ömərovun dövrünü əhatə edib.

İTV-də köhnə kadrların işdən çıxarılmasına gəlincə, telekanal sözçüsü qeyd edib ki, hazırda kadr dəyişiklikləri həyata keçirilmir: “İşçilərin çıxarılması barədə məlumatlar çoxdan yayılıb. Onlar öz ərizələrilə işdən çıxıblar. Hazırda isə heç bir kadr dəyişikliyi aparılmır”.

Qeyd edək ki, Azərbaycan Hesablama Palatası İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətinin fəaliyyətində bəzi maliyyə nöqsanları, qanunsuz vəsait xərclənməsi faktı aşkarlayıb. Bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti