Ermənistan xüsusi təyinatlıları Suriyada hərbi cinayətlər törədiblər – FOTOFAKT

   Ermənistan xüsusi təyinatlıları Suriyada hərbi cinayətlər törədiblər –    FOTOFAKT
  15 Fevral 2022    Oxunub:7766
Ermənistanın Müdafiə nazirliyinin rəsmi məlumatına əsasən, onun Suriyadakı "humanitar" missiyasında yalnız istehkam bölmələrinin sapyorları və hərbi həkim qrupları yer almışdı. 2019-cu ilin fevralın 8-də 83 nəfərlik qrupla Dəməşqdə, Rusiya bazasında yerləşdirilən və mütəmadi rotasiya edilən erməni kontingenti ABŞ-ın Ermənistana qarşı hərbi sahədə sanksiyalar tətbiq etməsinə səbəb olmuşdu.
Bu sanksiyalardan biri də hər il ABŞ tərəfindən maliyyələşdirilən və işğal olunmuş ərazilərimizdə guya minatəmizləmə işilə məşğul olan beynəlxalq “The Halo Trust” (Hazardous Area Life-Support Organization) təşkilatına ayırılan böyük vəsaitin kəsilməsi idi. Amerika ermənilərinin Milli Komitəsinin (ANCA) çoxsaylı səylərinə baxmayaraq, Konqress nəinki təşkilatın fəaliyyətinə maliyyə ayırmamış, hətta separatçıların "xalqı mina təhlükəsi məsələsində maarifləndirmək məqsədilə" bukletlərin çapı üçün istədiyi simvolik məbləğdən də imtina etmişdi. Məsələ isə prozaik idi: əgər Ermənistanın Suriyada mina və partlayıcı qurğuları təmizləmək üçün imkanı və personalı varsa (və bu sahədə Rusiya hərbi kontingentinə xidmət göstərə bilirsə), deməli, ona milyonlarla dollar ayırmaq lazım deyil... Çox sadə.


Bu ilin fevralın 11-də “Telegram”dakı hərbi təyinatlı "Уголок Ситха" səhifəsində yayımlanan görüntülərdən isə məlum olur ki, Ermənistan ordusu Suriyada heç də "humanitar" kontingent rolunda deyil. Tam əksinə, hərbi cinayətlər törədirlər. Özü də əksər hallarda taktiki işarələri olmayan erməni silahlı qüvvələrinə aid uniformada.


Şəkillərin nə zaman çəkilidiyi məlum olmasa da, Ermənistanın xüsusi təyinatlılarının münaqişədə aktiv iştirak etməsini və beynəlxalq terrorçu qrupların taktikasına yiyələnərək, onu Azərbaycanla qarşıdurmada tətbiq etdiyini və ya edəcəyini düşünmək də mümkündür.

Hans Kloss ©
Xüsusi olaraq AzVision.az üçün

Teqlər: Ermənistan   Suriya  







Xəbər lenti