AFFA klubları cərimələdi

AFFA klubları cərimələdi
  08 Aprel 2014    Oxunub:916
AFFA İntizam Komitəsi Premyer Liqanın 29-cu turunda yol verilmiş qayda pozuntuları barədə qərarlar qəbul edib.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, turun "Xəzər Lənkəran" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Neftçi" - "Bakı" matçının 2, 42, 49, 80-cı dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

"Rəvan" - "Sumqayıt" matçında stadionda PFL və Respect bayraqları asılmadığı üçün meydan sahibi klub 1000 manat cərimə olunub.


Teqlər:  





Xəbər lenti