KTMT vaş katibi Tacikistan və Qırğızıstanı atəşi dayandırmağa çağırıb
Stanislav Zas Tacikistanın və Qırğızıstan Təhlükəsizlik Şuralarının katibləri Nasrullo Mahmudzoda və Marat İmankulov ilə telefon danışışıb:
"Sərhəddə yenidən toqquşmaların baş verməsi, yaralıların olması ciddi narahatlıq doğurur. Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma dərhal dayandırılmalıdır. Münaqişə müstəsna olaraq danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir”, - Zas vurğulayıb.
Xatırladaq ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin məlumatına görə, iki dövlət arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində, Tort-Koço ərazisində başlayıb.
AzVision.az
Teqlər: Tacikistan Qırğızıstan