Azərbaycanda 3 361 nəfər virusa yoluxub, 14 nəfər vəfat edib

   Azərbaycanda 3 361 nəfər virusa yoluxub,    14 nəfər vəfat edib
  27 Yanvar 2022    Oxunub:404
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 361 yeni yoluxma faktı qeydə alınıb, 1 132 nəfər müalicə olunaraq sağalıb.
AzVision.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 643 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 620 182 nəfər müalicə olunaraq sağalıb, 8 664 nəfər vəfat edib, aktiv xəstə sayı 14 663 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 923, ötən müddət ərzində isə ümumilikdə 6 107 416 test aparılıb.

AzVision.az

Teqlər: Koronavirus  







Xəbər lenti