Lavrov Çinə səfər edəcək
Onun sözlərinə görə, Lavrov çinli həmkarı Van Yi ilə iki ölkə liderinin sammitinə hazırlığını müzakirə edəcək. Pekində baş tutacaq danışıqlar zamanı nazirlər, həmçinin ikitərəfli gündəliyin aktual məsələləri, əsas regional və qlobal problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Bundan əvvəl Lavrov Rusiya prezidenti Vladimir Putinin fevralın 4-də Pekində keçiriləcək Olimpiya Oyunlarının açılışında iştirak edəcəyini və Çin lideri Si Cinpinlə danışıqlar aparacağını bildirib.
Pərvanə Sultanova
AzVision.az