Ermənistanın XİN rəhbəri və xüsusi nümayəndə Türkiyəyə gedir

 Ermənistanın XİN rəhbəri və xüsusi nümayəndə Türkiyəyə gedir
  27 Yanvar 2022    Oxunub:1010
"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Ruben Rubinyan Türkiyəyə səfər edəcəklər".
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Mirzoyan və Rubinyan Antalya Diplomatiya Forumuna qatılacaqlar.

"İstəyirik ki, burada hamının səsi eşidilsin. Ermənistanın baş naziri Nikol Paşinyan Antalya Diplomatiya Forumunda iştirak edə biləcəklərini söylədi. Gəlsələr, məmnun olarıq. Azərbaycan da tədbirə qatılacaq. Qoy hər kəs düşüncələrini dilə gətirsin", - Çavuşoğlu əlavə edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:





Xəbər lenti