"Kiyev Rusiya ilə müharibədə 12 saat davam gətirə bilməyəcək" - Korotçenko

   "Kiyev Rusiya ilə müharibədə 12 saat davam gətirə bilməyəcək" -     Korotçenko
  27 Yanvar 2022    Oxunub:873
"Ukrayna ordusu Rusiya ilə müharibə başlayacağı təqdirdə tez bir zamanda məğlub olacaq". AzVision.az xəbər verir ki, bu barədə hərbi ekspert İqor Korotçenko məlumat verib.
Ekspertin fikrincə, əgər Ukrayna Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlar aparmaq qərarına gəlsə, o zaman münaqişə uzanmayacaq.

Ukraynada əsgər 5 hərbçini öldürdü - VİDEO
-Müharibə başlayandan sonra ilk 12 saat ərzində Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının komandanlığı qoşunlara mərkəzləşdirilmiş nəzarəti itirəcək. Bundan sonra isə Ukrayna ordusunun məğlubiyyəti qaçılmaz olacaq,- Korotçenko deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Müharibə  





Xəbər lenti