"ABŞ-ın cavabı müttəfiqlər və Ukrayna ilə tam razılaşdırılıb" - Blinken

   "ABŞ-ın cavabı müttəfiqlər və Ukrayna ilə tam razılaşdırılıb" -    Blinken
  26 Yanvar 2022    Oxunub:922
"ABŞ-ın Rusiyanın təhlükəsizliklə bağlı yazılı zəmanət tələblərinə cavabları irəliyə doğru diplomatik yol təklif edir".
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
ABŞ özünün “Xəzər canavarı”nı yaradacaq

Blinken Rusiya Federasiyasının təhlükəsizlik təkliflərinə yazılı cavab göndərdiyini təsdiqləyib: “ABŞ Rusiya Federasiyası ilə dialoqa açıqdır və diplomatik həll yoluna üstünlük verir".

Onun sözlərinə görə, Vaşinqtonun Rusiyanın təkliflərinə cavabı müttəfiqlər və Ukrayna ilə tam razılaşdırılıb: "ABŞ-ın Rusiyanın təhlükəsizlik təkliflərinə cavabı Konqresə də təqdim edilib. Vaşinqton Rusiyanın təhlükəsizlik təkliflərinə cavabı dərc etməyəcək və Moskvadan da eyni addımı gözləyir".

AzVision.az


Teqlər: ABŞ   Rusiya  







Xəbər lenti