"ABŞ təhlükəsizlik tələbinə cavab verib" - Rusiya XİN təsdiqlədi

   "ABŞ təhlükəsizlik tələbinə cavab verib" -    Rusiya XİN təsdiqlədi
  26 Yanvar 2022    Oxunub:2473
Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı tələbinə ABŞ-dan cavab verilib. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“ABŞ səfiri Con Sallivan Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını təqdim edib”, - açıqlamada deyilir.

Görüşün ABŞ-ın diplomatik nümayəndəsinin xahişi ilə keçirildiyi qeyd edilir.

Xatırladaq ki, bundan əvvəl "Bloomberg" agentliyi Vaşinqtonun Moskvanın yazılı zəmanət tələblərinə cavab verdiyini açıqlayıb.

Cavabın nə olduğu açıqlanmır, amma Qərb mediasının yazdığına görə, Vaşinqton NATO-nun genişlənməkdən imtina etməyəcəyini bildirib.

Mövzu ilə bağlı həmçinin oxuyun:
"ABŞ-ın cavabı müttəfiqlər və Ukrayna ilə tam razılaşdırılıb" - Blinken



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti