"Putinlə rəqs etməzdim" - Şallenberq

 "Putinlə rəqs etməzdim" -    Şallenberq
  26 Yanvar 2022    Oxunub:727
Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Rusiya prezidenti Vladimir Putin haqqında maraqlı açıqlama verib.
AzVision.az xəbər verir ki, Şallenberq ORF telekanalınnı efinirdə bəyan edib ki, Putinlə sələfi Karin Knaysl kimi rəqs etməzdi.

Avstriyanın xarici işlər naziri: "Rusiyasız Avropada sabitlik mümkün deyil"
- Keçmiş siyasətçilərin etdiklərinə görə cavabdeh deyiləm. Mən bir kişi olaraq Putinlə rəqs etməzdim.

Xatırladaq ki, “Rosneft”in direktorlar şurasının müstəqil üzvü olan Karin Knaysl 2017-2019-cu illərdə Avstriyanın Xarici İşlər Naziri vəzifəsində çalışıb. 2018-ci ilin avqustunda Putin Knaysl və maliyyəçi Volfqanq Meilingerin toyunda iştirak edib. Rusiya lideri cütlüyə kənd motivləri olan rəsm əsəri, Tula samovarı hədiyyə edib, alman dilində tost deyərək gəlinlə rəqs etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Avstriya  





Xəbər lenti