Paşinyan koronavirusa yoluxub

   Paşinyan koronavirusa yoluxub
  26 Yanvar 2022    Oxunub:1268
Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Köçəryanın ailəsi koronavirusa yoluxub
- Baş nazir Nikol Paşinyan koronavirus testi verib. Testin nəticəsi müsbət olub. Baş nazir müəyyən olunmuş qaydada özünü təcrid edib və xəstəlik simptomsuz davam edir, - məlumatda deyilir.

Qeyd olunur ki, hökumət başçısı distant rejimdə işləyəcək.
Xatırladaq ki, Nikol Paşinyan 2020-ci ilin iyununda da COVID-19-a yoluxmuşdu.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Paşinyan   Koronavirus   Ermənistan  





Xəbər lenti