Avstriyanın xarici işlər naziri: "Rusiyasız Avropada sabitlik mümkün deyil"

      Avstriyanın xarici işlər naziri:    "Rusiyasız Avropada sabitlik mümkün deyil"
  26 Yanvar 2022    Oxunub:757
Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Rusiyanın ünvanına xoş sözlər işlədib. AzVision.az xəbər verir ki, o, ORF telekanalının efirində çıxışı zamanı Avropada davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsinin Rusiyasız mümkün olmadığını deyib.
- Avropada davamlı sabitlik və təhlükəsizlik Rusiyasız yox, Rusiya ilə birlikdə təmin oluna bilər. Bunun əksini də demək olar. Rusiya üçün sabitlik və təhlükəsizlik Avropasız deyil, qitə ilə təmin oluna bilər, - Şallenberq deyib.

Rusiya-Ukrayna münaqişəsi dünyanı inflyasiya artımı ilə təhdid edir
O qeyd edib ki, Rusiya Avropanın ən böyük dövləti və Avropa İttifaqının ən böyük qonşusudur.

- Bu coğrafi və siyasi reallığı inkar etmək olmaz, - nazir efirdə çıxışı zamanı bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Avropa   Sabitlik  





Xəbər lenti