"Münaqişənin həllindən sonra Azərbaycanla münasibətlər daha da fəallaşıb" - Rusiyalı səfir

   "Münaqişənin həllindən sonra Azərbaycanla münasibətlər daha da fəallaşıb" -    Rusiyalı səfir
  26 Yanvar 2022    Oxunub:832
Son zamanlar Azərbaycan-Rusiya münasibətləri fəal inkişaf edir. AzVision.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib. Ötən il həyata keçirilmiş qarşılıqlı səfərlərə toxunan səfir qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri xüsusilə regionda münaqişənin həllindən sonra daha da fəallaşıb.
Bu əlaqələrin əsas hərəkətverici qüvvəsi isə iki ölkənin dövlət başçıları arasında qarşılıqlı yüksək etimad və dostluq münasibətləridir.

Diplomat qeyd edib ki, 2022-ci ildə ikitərəfli münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq və bununla əlaqədar tədbirlər planı hazırlanır.

AzVision.az


Teqlər: Rusiya   Səfir  





Xəbər lenti