Misir ABŞ-dan 2,2 milyard dollarlıq hərbi təyyarə alacaq

   Misir ABŞ-dan 2,2 milyard dollarlıq hərbi təyyarə alacaq
  26 Yanvar 2022    Oxunub:289
ABŞ Dövlət Departamenti Misirə 2,5 milyard dollar dəyərində 12 ədəd C-130 Super Herkules hərbi nəqliyyat təyyarəsi və 3 ədəd SPS-48 tipli yerüstü hava hücumundan müdafiə radar sisteminin satılması kontraktını təsdiq edib.
AzVision.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Misir hərbi nəqliyyat təyyarələrinin alınmasına 2,2 milyard dollar, radar sistemlərinə isə 350 milyon dollar ödəyəcək.

Pentaqonun açıqlamasında bildirilib ki, müasir hərbi texnikanın ABŞ-ın NATO-ya üzv olmayan müttəfiqi və Yaxın Şərqdə ən böyük strateji tərəfdaşı olan Misirə satışından əsas məqsəd bu ölkənin müdafiə qabiliyyətinin artırılmasıdır.

AzVision.az

Teqlər: Silah   Misir  







Xəbər lenti