Peruda uşaqların vaksinasiyasına başlanılır

Peruda uşaqların vaksinasiyasına başlanılır
  26 Yanvar 2022    Oxunub:689
Peruda 5-11 yaş arası uşaqların COVID-19 əleyhinə peyvəndlənməsinə başlanılıb.
AzVision.az Perunun Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, “omikron” ştamının yayılmasının kəskin şəkildə artması səbəbindən ölkədə koronavirusa yoluxanların sayının 3 milyonu ötəcəyi gözlənilir. Yanvar ayında “omikron” variantı aşkarlanandan sonra 650 min yeni yoluxma qeydə alınıb.

Peruda 2020-ci ilin martından bəri COVID-19-a yoluxanların sayı 2 976 260 nəfər təşkil edib. Ümumilikdə, bu xəstəlikdən 204 404 nəfər ölüb.

AzVision.az


Teqlər: Peru  





Xəbər lenti