İrlandiya vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə etdi

İrlandiya vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə etdi
  26 Yanvar 2022    Oxunub:704
Rusiya-Ukrayna sərhədində davam edən gərginlik fonunda İrlandiya vətəndaşları Ukraynaya lazımsız səfərlərdən çəkinməlidirlər.
AzVision.az xəbər verir ki, bu barədə Doyl Erendə (parlamentin aşağı palatası - Red) çıxışı zamanı İrlandiyanın baş naziri Mişol Martin bildirib. Onun sözlərinə görə, hazırda rus əsgərləri Ukrayna sərhədi yaxınlığında cəmləşib və bu, Dublində narahatlıq yaradır.

Baş nazir həmçinin əlavə edib ki, İrlandiya vəziyyətin dövlətlərin ərazi bütövlüyünə hörmət və demokratiya prinsiplərinə əsaslanacaq diplomatik həll yolunu dəstəkləyir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İrlandiya   Ukrayna  





Xəbər lenti