Rusiya-Ukrayna münaqişəsi dünyanı inflyasiya artımı ilə təhdid edir

Rusiya-Ukrayna münaqişəsi dünyanı inflyasiya artımı ilə təhdid edir
  25 Yanvar 2022    Oxunub:856
Moskva və Kiyev arasında münaqişənin kəskinləşməsi qlobal inflyasiyanı sürətləndirəcək və enerji qiymətlərinin artmasına səbəb olacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Agentlik Beynəlxalq Valyuta Fondunun idarəedici direktorunun birinci müavini Gita Qopinatsa istinad edib.

- Rusiya və Ukrayna arasında münaqişənin kəskinləşməsi çox güman ki, bir çox ölkələr üçün enerji resurslarının dəyərini daha da artıracaq ki, bu da yüksək inflyasiyanın daha uzun müddət davam etməsinə gətirib çıxaracaq, - Gita deyib.

BVF ötən il dünyada ÜDM artımını 5,9%, inkişaf etmiş ölkələrdə inflyasiyanı 3,1%, inkişaf etməkdə olan ölkələrdə isə 5,7% səviyyəsində qiymətləndirib. Eyni zamanda, cari il üçün iqtisadi artım proqnozu inkişaf etməkdə olan ölkələrdə 4,4%, inflyasiyanın 5,9%, inkişaf etmiş ölkələrdə 3,9% artımı nəzərdə tutur.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti