"Baydenin Ukraynaya qoşun göndərmək niyyəti yoxdur" - Psaki

   "Baydenin Ukraynaya qoşun göndərmək niyyəti yoxdur" -    Psaki
  25 Yanvar 2022    Oxunub:1152
Ağ Evin mətbuat katibi Cen Psaki Ukrayna ətrafında cərəyan edən hadisələrdən danışıb. O ABŞ prezidenti Co Baydenin Amerika qoşunlarını Ukraynaya göndərməkdə nə marağı, nə də arzusunun olduğunu bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə Psaki ənənəvi brifinqdə məlumat verib.

"NATO Ukraynaya qoşun göndərməyəcək" - Stoltenberq
- Aydın olmaq üçün deyirəm- prezidentin Ukraynaya qoşun göndərmək niyyəti, marağı, istəyi yoxdur, - o, jurnalistlərə deyib.

Qeyd edilir ki, 8500 ABŞ hərbçisinin Avropaya göndərilməsi üçün yüksək hazırlıq vəziyyətinə gətirmək qərarı yalnız NATO-nun “şərq cinahını” dəstəkləmək məqsədi daşıyır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Ukrayna  





Xəbər lenti