Papa Ukrayna üçün dua etməyi təklif etdi

   Papa Ukrayna üçün dua etməyi təklif etdi
  23 Yanvar 2022    Oxunub:823
Roma Papası Fransisk Müqəddəs Pyotr meydanında dindarlar qarşısında ənənəvi bazar xütbəsi zamanı Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Sülh üçün dua günü keçirilməsini təklif edib.
“Ukraynada sülhə yeni zərbə vurmaq təhlükəsi yaradan və Avropa qitəsinin təhlükəsizliyini şübhə altına alan gərginliyi böyük narahatlıqla izləyirəm.

Mən bütün xoşməramlı insanları Uca Yaradana dua etməyə çağırıram ki, hər bir hərəkət və siyasi təşəbbüs şəxsi maraqlara deyil, daha çox insan qardaşlığına xidmət etsin.

Mövcud gərginliyi nəzərə alaraq, yanvarın 26-da Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Sülh üçün dua günü keçirilməsini təklif edirəm”, - Fransisk bildirib.

Roma Katolik Kilsəsinin rəhbəri dəfələrlə Ukraynanın nizamlanması üçün beynəlxalq dialoqun tərəfdarı olduğunu bildirib.

2016-cı ilin yazında Frensis ölkənin şərqindəki münaqişədən zərər çəkmiş Ukrayna əhalisinə humanitar yardım göstərmək üçün bütün Avropa katolik kilsələrində ianə aksiyası elan etdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti