"Qarabağ məsələsində Ermənistana qarşı çıxan kimi Qərbin mənə marağı itdi"
İsmayılova qeyd edib ki, ötən il ona qanuni yolla Azərbaycanı tərk etmək icazəsi verilib, lakin bundan əvvəl Qərb ölkələrinə davamlı olaraq dəvət olunurdusa, indi belə dəvətlər yoxdur: “Yenidən sərbəst hərəkət edə bilirəm, lakin görünür ki, daha heç kimə lazım deyiləm. Bu, depressiyaya səbəb olur”.
Jurnalist iddia edir ki, “kimisə sevindirmək və ya xaricdən daha çox alqış almaq” üçün Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı inanclarından əl çəkməyə hazır deyil.
Onun sözlərinə görə, Ermənistan tərəfdən heç kim Qarabağın işğalını tənqid etmir və erməni hərbi cinayətlərinin araşdırılmasını tələb etmir, yeganə istisna mərhum Georgi Vanyan olub...
Qarabağ məsələsində müxalif jurnalist Azərbaycan rəhbərliyi ilə həmrəydir. Müsahibin guya “Azərbaycanın hakimiyyəti Qarabağ ermənilərini Azərbaycan hakimiyyəti altında yaşamaq imkanından məhrum edir” sitatını şərh edən İsmayılova qeyd edib: “Münaqişə İlham Əliyevlə başlamayıb. Ən şiddətli toqquşmalar onun hakimiyyətə gəlməsindən xeyli müddət əvvəl baş verib. Ona görə də mən bu arqumenti qəbul etmirəm. Əslində, fikirləşsəniz, yalandır”. (“Vestnik Kavkaza”)
AzVision.az
Teqlər: