Malayziyanın 96 yaşlı sabiq Baş naziri xəstəxanaya yerləşdirilib
Malayziyanın Baş naziri İsamil Sabri Yakobun da M.Mahathiri ziyarət edənlər arasında olduğu qeyd edilir. Baş nazir xəstəxanada M.Mahathirin həyat yoldaşı və oğlu ilə fotosunu öz “Twitter” səhifəsində paylaşıb.
Qeyd edək ki, ötən ilin dekabrından bəri Məhəmməd Mahathir artıq üçüncü dəfədir xəstəxanaya yerləşdirilir. Müvafiq yoxlamalardan keçdikdən sonra o, dekabrın 23-də evə buraxılıb. İkinci dəfə yanvarın 7-də xəstəxanaya aparılan M.Mahathir yanvarın 13-də evə dönüb.
Sonuncu dəfə onun dekabrın 12-də, xatirələr kitabının nəşrindən sonra ictimaiyyət arasına çıxdığı bildirilir.
Xatırladaq ki, ilk dəfə hökumətə başçılıq edən M.Mahathir 22 ildən sonra, 2003-cü ildə istefa verib. Lakin 2018-ci ilin mayında keçirilən ümumi seçkilərdə onun rəhbərlik etdiyi müxalifət qalib gəldikdən sonra M.Mahathir yenidən Baş nazir olub. Lakin onun bu dəfə hökumətə rəhbərlik etməsi siyasi koalisiyada yaranan fikir ayrılıqlarına görə heç iki il də çəkməyib.
AzVision.az
Teqlər: MəhəmmədMahathir