Yeni Zelandiyanın baş naziri COVID-ə görə toyunu təxirə saldı

Yeni Zelandiyanın baş naziri COVID-ə görə toyunu təxirə saldı
  23 Yanvar 2022    Oxunub:1126
Yeni Zelandiyanın Baş naziri Casinda Ardern koronavirusun “omikron” ştammının yayılması ilə bağlı “qırmızı xəbərdarlıq” səviyyəsinə keçilməsi ilə əlaqdar televiziya aparıcısı Klark Qeydford ilə toyunu təxirə salıb. AzVision.az xəbər verir ki, bu barədə New Zealand Herald nəşri məlumat yayıb.
Baş nazirin sözlərinə görə, ad günləri və toy kimi tədbirlərdə 100-dən çox qonağın qəbul edilməyəcək. Peyvənd sertifikatı olmadıqda isə tədbirdə 25-dən çox şəxs iştirak edə bilməz.

Qeyd edək ki, cütlük 2019-cu ilin aprelində nişanlanıb. Onların Niv Te Aroha adlı üç yaşlı qızı var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: YeniZelandiya   CasindaArdern  





Xəbər lenti