Almaniya XİN Ukraynadakı diplomatların ailələrinin köçürülməsi planını hazırlayır

Almaniya XİN Ukraynadakı diplomatların ailələrinin köçürülməsi planını hazırlayır
  22 Yanvar 2022    Oxunub:795
Almaniya Xarici İşlər Nazirliyi vəziyyətin gərginləşəcəyi təqdirdə Ukraynadakı səfirlik işçilərinin ailələrini köçürmək planı hazırlayır.
AzVision.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Xarici İşlər Nazirliyi Almaniyanın Ukraynadakı səfirliyinin əməkdaşlarının yaxınlarının təxliyəsi üçün plan hazırlayır. Plana görə, vəziyyətin daha da pisləşəcəyi təqdirdə onlar ölkədən çıxarılmalıdır", - məlumatda deyilir.

Bundan əvvəl Amerikanın “Fox News” telekanalı xəbər verib ki, ABŞ Dövlət Departamenti bazar ertəsi ABŞ-ın Ukraynadakı səfirliyindən diplomatların ailələrinin təxliyəsinə başlamaq barədə göstəriş verib. Daha sonra Dövlət Departamentinin mətbuat xidməti ABŞ-ın Ukraynadakı səfirliyinin diplomatik işçilərinin ailələrinin təxliyəsi ilə bağlı xəbərləri təsdiqləməyib və qeyd edib ki, ölkə vətəndaşları hökumətin maliyyələşdirdiyi reyslərə bel bağlamamalıdır.

AzVision.az



Teqlər: Almaniya   Ukrayna  





Xəbər lenti