Amnistiya aktı 3411 məhkuma tətbiq edilib
Onlardan 2704 məhkum azad edilib, 707 məhkumun cəza müddəti azaldılıb.
Qeyd olunub ki, bu dövrdə qanunun təsiri altına düşən məhkumların müvafiq sənədləri məhkəmələrə təqdim edilib. Məhkəmələr tərəfindən 63 nəfər azad edilib, 4 nəfərin cəza çəkdiyi rejim dəyişdirilib, 730 nəfərin cəza müddəti azaldılıb, 237 nəfərin cəza müddəti dəyişdirilmədən saxlanılıb, 643 nəfərin ərizəsi təmin olunmayıb.
AzVision.az
Teqlər: Məhkum