"NATO Rusiyanın əleyhinə işləyir" - Lavrov

   "NATO Rusiyanın əleyhinə işləyir"  -    Lavrov
  21 Yanvar 2022    Oxunub:1019
"NATO Rusiyanın əleyhinə işləyir, ona görə də Moskva alyansın genişlənməsinə qarşıdır".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Entoni Blinkenlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Bu blok SSRİ-yə qarşı yaradılıb, indi isə Rusiya Federasiyasının əleyhinə işləyir. Bununla Moskvanın “NATO-nun Şərqə doğru genişlənməməsi mövzusundakı mövqeyi izah olunur", - Lavrov əlavə edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: NATO   Rusiya  





Xəbər lenti