Vətən müharibəsində itkin düşən hərbçilərin axtarışı davam edir

   Vətən müharibəsində itkin düşən hərbçilərin axtarışı davam edir
  21 Yanvar 2022    Oxunub:1037
Vətən müharibəsi dövründə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin şəxsiyyətinin müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə müəyyənləşdirilərək aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini–Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, Hərbi Prokurorluğun əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilib. Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılıb.

"İndiyədək 2908 nəfərin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətləri müəyyənləşdirilərək meyitləri ailələrinə təhvil verilib. İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, axtarış qrupları tərəfindən müntəzəm iş aparılır".

AzVision.az


Teqlər: Hərbi-Prokurorluq  





Xəbər lenti