Ermənilərin "Manax" ləqəbli keçmiş döyüşçüsü həbs edilir

   Ermənilərin    "Manax"    ləqəbli keçmiş döyüşçüsü həbs edilir
  21 Yanvar 2022    Oxunub:529
İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş "Manax" ləqəbli keçmiş döyüşçü Artur Ayvazyanın həbsinə hazırlıq gedir. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, onun həbsinə səbəb qadına zor tətbiq etməsidir.

- Polisə yanvarın 13-də Qriqor Lusavoriç küçəsində bir qadının döyülməsi barədə məlumat daxil olub. Qadın ofisə gələn 44 yaşlı kişinin onu döyərək ofisin əmlakına ziyan vurduğunu bildirib. Həmin şəxsə cinayət işi qaldırılıb.

“Manax” ləqəbli erməni komandir həbs edilib
Məlum olub ki, bu arzuolunmaz olayın səbəbkarları məşhur "Manax" ləqəbli döyüşçü Artur Ayvazyan və onun arvadı olub. "Manax" qadını döyəndən sonra onun rəhbərlik etdiyi müəssisəyə- uşaq bağçasına soxulub. Bağça müdiri isə polisə müraciət edib. Artur Ayvazyan mediaya verdiyi açıqlamada deyib ki, qadının bacısı polisə zəng edib və müdir əvvəlcə şikayət ərizəsi yazsa da, sonradan şikayətçi olmadığını qeyd edərək sənəddən imtina edib. Manax həmçinin bəzi qüvvələrin onu həbsə atdırmağa çalışdıqlarının, ailə məsələlərindən isə manipulyasiya edərək istifadə etmək istədiklərini söyləyib. "İndi arvadımla barışmışam, amma müstəntiq ayağını dirəyib ki, məni həbs etsin. Onlara fürsət lazım idi, amma alınmır",-məqalədə yazılıb.

Xatırladaq ki, bir neçə ay əvvəl də "Manax"a qarşı xuliqanlıq maddəsi üzrə cinayət işi açılmışdı. O, sonradan Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edildi.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Həbs  







Xəbər lenti