Antonov: "NATO qoşunlarını Rusiya sərhədinə yaxınlaşdırmağa hazırlaşır"

   Antonov:    "NATO qoşunlarını Rusiya sərhədinə yaxınlaşdırmağa hazırlaşır"
  21 Yanvar 2022    Oxunub:678
"NATO-nun şərqə doğru genişlənməsi alyansa öz qoşunlarını tez bir zamanda Rusiya sərhədlərinə çatdırmağa imkan verir. Yeni ərazilərdə hərbi texnikanın və şəxsi heyətin köçürülməsi üçün hərbi infrastruktur yaradılır".
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov məlumat verib. Səfir NATO-nun kollektiv müdafiəsinin şərq cinahında cəmləşdiyini vurğulayıb.

"Ukrayna böhranı" dərinləşir - Britaniya XTQ-si diplomatların təxliyyəsinə hazırlaşır
- Eyni zamanda, blok genişlənir və yeni ərazilərdə müasir hərbi infrastruktur yaradır. Silahların yerləşdirilməsi üçün poliqonların və anbarların tikintisi davam etdirilir,-Rusiya saytları səfirdən sitat gətirib.

Anatoli Antonov belə hesab edir ki, bu cür davranışlar Şimali Atlantika Alyansının qarşıdurma ritorikasını zorla gücləndirmək məqsədi daşıyır. NATO ağır hərbi texnika və şəxsi heyətin Rusiya sərhədlərinə çatdırılmasını sürətləndirə bilər. Eyni zamanda, alyans Rusiya Federasiyası ərazisi yaxınlığında təlimlər keçirməyi və Qara dənizdə təxribatları davam etdirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   NATO   Səfir  





Xəbər lenti