İlin ikinci yarısında əhalinin gəlirlərini yenə artırmaq olar – TƏHLİL

   İlin ikinci yarısında əhalinin gəlirlərini yenə artırmaq olar –    TƏHLİL
  21 Yanvar 2022    Oxunub:1785
Ölkənin ötənilki sosial-iqtisadi yekunları əhalinin sosial müdafiəsini getdikcə daha çox gücləndirməyə yol açır. Buna iki səbəbdən əsas və tələb var: Həm iqtisadi göstəricilər müsbətdir, həm də bahalaşma mövcuddur. Bu, ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə dair baş nazir Əli Əsədovun sədrliyilə keçirilən müşavirədən də aydın oldu. Orada qeyd olundu ki, 2021-ci ilin iqtisadi yekunları yaxşı olmaqla yanaşı, istehlak qiymətlərinin indeksi 6,7 faiz, ərzaq məhsulları üzrə inflyasiya 8,1, qeyri-ərzaq üzrə isə 5,1 faiz təşkil edib.
2021-ci ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 92,9 milyard manatlıq və ya 2020-ci illə müqayisədə 5,6 faiz çox ÜDM istehsal edilib. Qeyd olunan dövr ərzində iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 7,2, neft-qaz sektorunda isə 1,8 faiz artıb. Başqa sözlə desəm, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial media hesabında yazdığı kimi, Azərbaycanda ÜDM-in nominal həcmi 93 milyard manata çatıb ki, bu, 2019-cu illə müqayisədə 11 milyard manatdan çox deməkdir.

Qeyri-neft sektorunda əldə olunan göstərici isə daha çox alqışa layiqdir. Bu, sözügedən sektorun inkişafı sahəsində görülən işlərin nəticəsi hesab olunur. 2021-ci ildə ölkəmizdən ümumi ixrac 22,2 milyard ABŞ dolları təşkil etməklə, qeyri-neft sektoru üzrə bu rəqəm 2,7 milyard dollara bərabər olub. Bu isə 2020-ci il ilə müqayisədə 870 milyon dollar və ya 47,2 faiz artıq deməkdir. Dövlət başçımız İlham Əliyev demişkən bu, imkan verir ki, biz valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəmizə gətirək.

Valyutadan söz düşmüşkən, strateji valyuta ehtiyatlarımızın da həcmi ötən il ərzində 2166,8 milyon dollar və yaxud 4,3 faiz artıb ki, bu da xarici dövlət borcumuzun real səviyyəsindən 6 dəfədən çox deməkdir. Neft Fondu üzrə artım 1 460,8 milyon dollar və yaxud 3,4 faiz, Mərkəzi Bank üzrə isə 706 milyon dollar və yaxud 11,1 faiz təşkil edib.


Müəllifin əvvəlki yazıları:
Minimum pensiya məbləği: problem nədədir? – TƏHLİL
Bankların vəziyyəti düzəlib, amma yenə əyridir – TƏHLİL
“Çörək bazarı” əslində necə tənzimlənməlidir – TƏHLİL
2022: İqtisadiyyatda böyük ümidlər ili – TƏHLİL
İqtisadi artımın davamlı olması üçün nə lazımdır – TƏHLİL
İqtisadiyyatımız pandemiyadan əvvəlki vəziyyətə qayıdıb – TƏHLİL
“Ehtiyac meyarı”na ehtiyac yoxdur – TƏHLİL
Lirə böhranı: Türkiyənin səhvi nədədir? – TƏHLİL
Minimum əmək haqqının əhəmiyyəti artmalıdır – TƏHLİL
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL

Dövlət büdcəsinin icrası da yüksək müsbət göstəricilərlə yekunlaşıb. 2021-ci ilin yanvar-dekabr aylarında dövlət büdcəsinin gəlirləri 26 milyard 419,1 milyon manat, xərcləri isə 27 milyard 412,8 milyon manat təşkil edib. 2020-ci illə müqayisədə büdcə gəlirləri 7,1 faiz, büdcə xərcləri isə 3,8 faiz artıb. Büdcənin icrasında 993,7 milyon manatlıq və ya ÜDM-in 1,1 faizi qədər kəsir yaranıb.
Müqayisə üçün qeyd edim ki, 2020-ci ildə büdcənin icrasında isə 1 milyard 744 milyon manatlıq və ya ÜDM-in 2,4 faizi qədər kəsir yaranmışdı.

Göründüyü kimi, iqtisadi artımın bərpa olunması və daha yüksək səviyyədə artması, qeyri-neft sektoru üzrə ixracın cəmi 1 ilin ərzində 47 faizdən çox genişlənməsi, valyuta gəlirlərimizin yüksəlməsi, dövlət büdcəsinin gəlirlərilə xərclərinin isə yüksək səviyyədə icrası, yəni büdcə kəsirinin ÜDM-in cəmi 1,1 faizi qədər təşkil etməsi 6,7 faizlik istehlak qiymətləri indeksinə qarşı əhalinin sosial müdafiəsini daha da yaxşı təmin etmək üçün həqiqətən böyük imkanlar açır.

Fikrimi bir qədər geniş izah edim. Məlumdur ki, Azərbaycan dövlətinin iqtisadi strategiyasının əsasında əhalinin maddi və sosial rifah halını fasiləsiz yaxşılaşdırmaq dayanır. Gəlirlər artdıqca vətəndaşların sosial müdafiəsinin gücləndirmək başlıca məqsəd sayılır. Bunun üçünsə 2 cəhət tələb olunur: daxildə gəlir mənbələrini həm keyfiyyət, həm kəmiyyət baxımından artırmaq, xaricdən əldə olunan gəlirləri isə durmadan genişləndirmək.

Hökumət 2019-cu ildən sonra növbəti dəfə məhz bu il sosial istiqamətdə geniş maliyyələşdirməyə start verdi. Və dövlət başçımızın 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən həyata keçirilməyə başlanan yeni islahatlar mərhələsi kimi səciyyələnən bu tədbir nəticəsində 2,1 milyondan çox vətəndaşın gəlirləri artmaqla, buna il ərzində əlavə olaraq 1,5 milyard manat vəsait xərclənəcək. Bəs bu vəsait hardan və nəyin hesabınadır? Bax, vurğunu üzərinə gətirmək istədiyim məsələ də məhz bundan ibarətdir.

Keçən il əldə olunan müsbət cəhətlərdən biri məhz ondan ibarət olub ki, büdcəyə nəzərdən tutulduğundan, yəni proqnozdan artıq vergi daxil olub. Bu tendensiya ən yaxşı şəkildə ilk dəfə 2019-cu ildə müşahidə edilmişdi. Həmin ildə həyata keçirilən islahatlar nəticəsində vergi və gömrük orqanlarının xəttilə dövlət büdcəsinə 1 milyard manatdan artıq vəsait daxil olmuşdu. Bu proses 2020-ci ilin əvvəlində də davam edirdi, lakin sonra pandemiya imkan vermədi. 2021-ci ildə isə vergi daxilolmaları 15,5 faiz artaraq 8,5 milyard manat təşkil edib ki, proqnoz 117,7 faiz yerinə yetirilib. Məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8 faiz artaraq 3,8 milyard manatı keçib. Və bu sahədə proqnoz 109,9 faiz səviyyəsində icra olunub. Qeyri-büdcə təşkilatlarında da müsbət dinamika qeydə alınıb. Bu sahədən məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 15,3 faiz artaraq 2,4 milyard manatı ötüb və proqnoz 113,2 faiz yerinə yetirilib.

Ümumiyyətlə, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13,5 faiz artaraq 6,4 milyard manata bərabər olub ki, bu da proqnozun 112,2 faiz icra edilməsi deməkdir. Sözün qısası, keçən il ərzində həm vergi, həm də gömrük xəttiylə ölkənin dövlət büdcəsinə təqribən 1,4 milyard manatdan çox əlavə vəsait toplanıb. Bu da qeyd etdiyim kimi, 2019-cu ildən sonra növbəti dəfə məhz bu il sosial istiqamətdə geniş maliyyələşdirməyə start verməyə əsas yaradan əsas amil rolunda çıxış edir. İstehlak qiymətləri indeksinin, xüsusən də ərzaq məhsulları üzrə inflyasiya tempinin sürətlənməsi ilin 2-ci yarısında daha bir sosial paketin icrası üçün indidən müvafiq hazırlıqlar görməyə, konturlar cızılmasına imkan verir.

Təkrar edirəm: birincisi, iqtisadi artım əhəmiyyətli şəkildə dayanıqlıdır, ikincisi, qeyri-neft məhsulları sarıdan ixracda valyuta gəlirlərimiz artan xətt üzrə genişlənir, üçüncüsü, möhkəm maliyyə sabitliyi mövcuddur, dördüncüsü, büdcə kəsirinin ÜDM-ə nisbətdə 1-2 faiz artıq təşkil etməyəcəyi üfüqdə aydın görünür, beşincisi isə, dövlət büdcəsinə gəlirləri artıqlaması ilə təmin etmək üçün şans göz önündədir və s. Qlobal bahalaşmadan və ərzaq inflasiyasından başqa cür yaxa qutarmaq mümkündürmü?!


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Dövləti borca salanlar – TƏHLİL
Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL


Teqlər: Sosial-siyasət  





Xəbər lenti