Sergey Lavrov iranlı həmkarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

   Sergey Lavrov iranlı həmkarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
  20 Yanvar 2022    Oxunub:697
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında Moskvada görüş keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, görüşdə Əfqanıstan, Suriya, Cənubi Qafqaz və Xəzər də daxil olmaqla regional məsələləri müzakirə edilib.

Diplomatlar söhbət zamanı dünya siyasətinin müəyyən məsələlərinə, Rusiya-İran əməkdaşlığının inkişaf perspektivlərini, o cümlədən iki ölkə arasında siyasi dialoqun inkişafı, mədəni-humanitar əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi barədə danışıblar.

AzVision.az



Teqlər: Rusiya   İran   CənubiQafqaz  





Xəbər lenti