BMT Holokostun inkarını pisləyən qətnamə qəbul edib

   BMT Holokostun inkarını pisləyən qətnamə qəbul edib
  20 Yanvar 2022    Oxunub:729
BMT Baş Assambleyası tarixi hadisə kimi Holokostun inkarını pisləyən və rədd edən qətnamə qəbul edib.
AzVision.az xəbər verir ki, İsrail, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Gürcüstan da daxil olmaqla, 60-dan çox ölkə qətnamənin həmmüəllifi kimi çıxış edib. Qətnamə səsə qoyulmadan qəbul edilib.

Qətnamənin mətninə əsasən, Baş Assambleya Holokostun tarixi hadisə kimi hər hansı tam və ya qismən inkarını rədd edir və qeyd-şərtsiz pisləyir.

Baş Assambleya nasistlərin ölüm düşərgələri kimi istifadə etdiyi ərazilərin qorunub saxlanmasına töhfə verən ölkələrə minnətdarlığını bildirib. Qətnamə müəllifləri dövlətləri gələcək nəsillərin yaddaşında qalması üçün Holokostla bağlı təhsil proqramları hazırlamağa çağırıb.

Qurum həmçinin hökumətləri və sosial media şirkətlərini antisemitizmi, Holokostu inkarı və onun tarixinin təhrifini təşviq edən materialların yayılması üçün informasiya və kommunikasiya texnologiyalarının istifadəsinə qarşı fəal tədbirlər görməyə çağırır.

Qeyd edək ki, BMT Baş Assambleyasının 2005-ci il noyabrın 1-də qəbul etdiyi qətnaməyə əsasən, hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd olunur.

AzVision.az



Teqlər: BMT  





Xəbər lenti