Ankara Putin-Zelenski görüşünə ev sahibliyi etmək niyyətindədir

   Ankara Putin-Zelenski görüşünə ev sahibliyi etmək niyyətindədir
  20 Yanvar 2022    Oxunub:828
Ankara Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə ev sahibliyi etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı zamanı deyib.

"Biz Vladimir Putinlə Volodimir Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Biz həm V.Putinin Türkiyəyə, həm də mənim Ukraynaya səfərimə böyük əhəmiyyət veririk. Mənim Ukraynaya səfərim gələn ayın əvvəlinə planlaşdırılıb", - deyə Türkiyə Prezidenti əlavə edib.

AzVision.az



Teqlər: Türkiyə   Rusiya   Ukrayna  





Xəbər lenti