Əsas yolların bəzi hissələri buz bağlayıb - AAYDA

Əsas yolların bəzi hissələri buz bağlayıb -    AAYDA
  20 Yanvar 2022    Oxunub:1024
Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb.
AzVision.az - a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yağıntı davam edir.

Bakı - Şamaxı avtomobil yolunun 65-104 kilometrlik və yolun Qobustan rayonu ərazisindən keçən hissəsi, Giləzi - Xızı avtomobil yolunun, o cümlədən İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Yolların buz bağlamış hissələrində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Muğanlı - İsmayıllı avtomobil yolunda da yağıntı intensiv şəkildə davam edir, 3 dərəcə şaxta var. Ərazidə yolun buz bağlamış hissələrinə qum-duz səpilir.

AzVision.az



Teqlər: Yol   Buz  





Xəbər lenti