Türkiyə və Estoniyanın XİN başçıları Ermənistana dair müzakirə aparıb

Türkiyə və Estoniyanın XİN başçıları Ermənistana dair müzakirə aparıb
  20 Yanvar 2022    Oxunub:941
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə estoniyalı həmkarı Eva-Maria Liimetsin görüşündə rəsmi Ankaranın Ermənistanla münasibətləri də müzakirə olunub.
AzVision.az xəbər verir ki, bunu Çavuşoğlu danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Türkiyə-Ermənistan əlaqələrinin normallaşması da daxil olmaqla bir çox regional məsələlər barədə fikir mübadiləsi apardıq. Görüşümüz səmərəli keçdi. Ən yaxın zamanda mən də Estoniyada olmaq istəyərəm”, - o bildirib.

AzVision.az



Teqlər: Çavuşoğlu  





Xəbər lenti