Ağdamda Şəhidlər xiyabanı ziyarət olunub

Ağdamda Şəhidlər xiyabanı ziyarət olunub
  20 Yanvar 2022    Oxunub:851
Ağdamda qanlı 20 Yanvar faciəsinin şəhidləri anılıb.
AzVision.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında yazıb.

"Bu gün 20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad olunub. Həmçinin, Ağdam rayonundakı Şəhidlər xiyabanında dəfn olunan şəhidlərimizin məzarı ziyarət edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - paylaşımda bildirilib.

AzVision.az



Teqlər: Ağdam   20-Yanvar  





Xəbər lenti