İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib

İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib
  20 Yanvar 2022    Oxunub:684
İsrailin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

AzVision.az xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.

"İsrail səfirliyi Azərbaycan xalqı ilə birlikdə Qara Yanvarı yad edir", - paylaşımda deyilir.

Qeyd edək ki, bu gün İsrail səfirinin müavini Doron Peer Şəhidlər Xiyabanını ziyarət edib.

AzVision.az



Teqlər: İsrail   20-Yanvar  





Xəbər lenti