Litvada vaksinlərin yan təsirlərinə dair 6 mindən çox müraciət olub

Litvada vaksinlərin yan təsirlərinə dair 6 mindən çox müraciət olub
  20 Yanvar 2022    Oxunub:1053
Ötən il Litva Dövlət Dərmanlara Nəzarət Agentliyi (DDNA) COVID-19 əleyhinə vaksinasiyadan sonra yan təsirlərə dair ümumilikdə 6800 məlumat alıb.
AzVision.az Litva mətbuatına istinadla xəbər verir ki, agentliyin direktoru Gitis Andrulenis mətbuat konfransında bildirib ki, yan təsirlərin orta illik göstəriciləri vurulmuş vaksinlərin ümumi sayının cüzi hissəsini təşkil edib. Ötən il ölkədə COVID-19 əleyhinə 4,13 milyon doza vaksin istifadə edilib. Məlumatların 94 faizini yüngül yan təsirlər təşkil edib, halların əksəriyyəti geniş istifadə olunan “Komirnati” və “Vaksevriya” vaksinləri ilə bağlı olub. Ümumilikdə 407 məlumat ciddi yan təsirlərlə bağlı olub.

Gitis Andrulenis COVID-19 əleyhinə vaksinasiyadan sonra ölüm hadisəsinə dair 29 məlumatın qeydə alındığını söyləyib: “Həyatını itirənlərin orta yaşı 75-dir. Onların əksəriyyətinin xroniki xəstəlikləri olub. Bu ölümlərin vaksinlə əlaqəsi müəyyən edilməyib”.

AzVision.az



Teqlər: Vaksin   Litva  





Xəbər lenti