“Erməni cinayətləri rəsmiləşdirilib, sübutlar toplanılıb” - Kamran Əliyev

   “Erməni cinayətləri rəsmiləşdirilib, sübutlar toplanılıb” -    Kamran Əliyev
  20 Yanvar 2022    Oxunub:1045
"Erməni cinayətləri rəsmiləşdirilib, sübutlar toplanılıb".
AzVision.az -ın xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

“Bunlar beynəlxalq məhkəmələrə müraciət edəndə də istifadə olunub. Həm də ikitərəfli qaydada həmin şəxslərin tapılması, təhvil verilməsi istiqamətində işlərimiz davam etdirilir. Bir neçə belə hal olub.

Bunlarla bağlı mətbuata əvvəllər də bildirmişik ki, Azərbaycana qarşı törədilmiş cinayətlərdə iştirakı olan Ermənistan vətəndaşları və erməniəsilli şəxslər məsuiliyyətə cəlb edilib, məhkum olunub və onlar cəzalar alıblar. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk və etdirəcəyik”, - o vurğulayıb.

AzVision.az


Teqlər: Ermənistan   Cinayət  





Xəbər lenti